Zaqatala beynəlxalq hava limanı yenidən fəaliyyətə başlayıb

18 İyul 2010 14:33
Səkkiz aylıq fasilədən sonra Zaqatala beynəlxalq hava limanı yenidən fəaliyyətə başlayıb. Hava limanın fəaliyyət göstərməməsinə səbəb isə sərnişinlərin kifayət qədər olmaması idi. Sərnişin avtobuslarının gecə reyslərinin dayandırılmasından sonra Bakı-Zaqatala, Zaqatala-Bakı reysinin yenidən fəaliyyətə başlamasına zərurət yaranıb. Həftənin 2-ci və 6-cı günləri uçuşun həyata keçirildiyini deyən beynəlxalq hava limanın direktoru Nizami Babayev uçuşların səhər saat 10.00-da Bakıdan Zaqatalaya, saat 12.00-da isə Zaqataladan Bakıya nəzərdə tutulduğunu bildirib. Uçuşları Fransa istehsalı olan "Ater-52" tipli təyyarədən istifadə etməklə həyata keçirən beynəlxalq hava limanı 1 saat ərzində 100 nəfər sərnişin yola salma gücünə malikdir. Qiymətlərə gəlincə isə bir tərəfli uçuş 52 manat, iki tərəfli uçuş isə 104 manat təşik edir.

"Zaqatala hava limanı bilirsiniz ki, beynəlxalq hava limanıdır. Hava limanı müxtəlif istiqamətlərə uçuşlar həyata keçirməyə hazırdır. Həmin uçuşlarda bu ildən etibarən nəzərdə tutulur",- deyə Zaqatala beynəlxalq hava limanının direktoru Nizami Babayev bildirib.

Xatırladaq ki, 2008-ci ilin avqustundan istifadəyə verilən Zaqatala hava limanına beynəlxalq status verildikdən sonra dünyanın əksər ölkələrinə bu haqda məlumat göndərilib.

/ANS TV/