"Səs" iştirakçısı Emil Kadırov dələduzluq ittihamı ilə saxlanılıb
Milli.Az Mash-a istinadən xəbər verir ki, müğənni Emil Kadırov Puşkin kartası ilə bağlı dələduzluqda şübhəli bilinir. İstintaqın iddiasına əsasən, 31 yaşlı müğənni "Eldar" kino-konsert zalının bədii rəhbərinin müavini Yelena Qurko ilə birlikdə saxta konsertlər təşkil edib.
Onların dələduzluq planı belə olub: Kadırovun guya "Eldar" konsert zalında çıxış edəcəyi elan olunub, biletlər "Puşkin" kartı ilə alınıb, amma konsertlər baş tutmayıb. Beləliklə, dövlət büdcəsindən kino-konsert zalına külli miqdarda pul köçürülüb.
İstintaqın hesablamalarına görə, ümumi ziyan 1,3 milyon rubl təşkil edir. Hüquq-mühafizə orqanları şübhələniblər ki, Kadırovun konsertlərinə yalnız dövlət hesabına biletlərin alınması diqqət çəkir və Puşkin kartı olmayan tamaşaçılarla maraqlanmayıb.
Bu səbəbdən müğənninin evinə xüsusi təyinatlılar gəlib və Moskva İstintaq Komitəsi külli miqdarda dələduzluq faktı üzrə cinayət işi açıb.
Qeyd edək ki, Emil Kadırov (bariton) 25 iyun 1993-cü ildə, Azərbaycan Respublikasının Bakı şəhərində anadan olub. Rəşid Behbudov adına 2 nömrəli Musiqi Məktəbini klassik gitara ixtisası üzrə bitirib.news24.az
Milli.Az