Maraqlı

Ayda 2 milyon dollar xərcləyir

1 Fevral 2017 21:54
8 Şərh     Baxış: 2 489
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Müflis olduğu deyilən aktyor Conni Deppin aylıq 2 milyon dollar xərclədiyi üzə çıxıb.

Milli.Az axşam.az-a istinadən bildirir ki, bu barədə aktyorun büdcəsinə nəzarət edən "Management Group" şirkəti məlumat yayıb.

Şirkət müflis olmasında aktyorun özünü günahlandıraraq, onun aylıq xərclərinin 2 milyon dollar olduğunu iddia edib.

Belə ki, o, 45 metrlik yaxta üçün 18 milyon dollar, uğursuz olan səsyazma şirkəti üçün 4 milyon dollar, ölən yazıçı dostu Hanter Stokton Tompsonun dəfn mərasimi üçün 3 milyon dollar xərcləyib. Bundan başqa onun 40 nəfərlik yaradıcı heyətinin xərcləri üçün aylıq 300 min dollar, şəxsi təyyarələrinin saxlanılması üçün aylıq 200 min dollar, mühafizəsi üçün isə aylıq 150 min dollar vəsait sərf etdiyi məlum olub.

Qeyd edək ki, bir müddət öncə "Karib dənizinin quldurları" film seriyaları ilə məşhurlaşan aktyor xərcləmələrini düzgün yönləndirmədiyinə görə "Management Group"u məhkəməyə vermiş və 25 milyon dollar təzminat istəmişdi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.