Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvləri ABŞ Senatının Xarici əlaqələr komitəsinin əməkdaşı Marik Strinqlə görüşdə antiterror fəaliyyəti və Dağlıq Qarabağ münaqişəsini müzakirə edib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Şahdağ milli parkının Qəbələ rayonundakı meşə ərazisində baş vermiş yanğın hadisəsi ilə bağlı rəsmi məlumat yayıb.
Azərbaycan dramaturgiyasının banisi Mirzə Fətəli Axundzadənin böyük rus şairi Aleksandr Puşkinin vaxtsız ölümünə həsr etdiyi “Puşkinin ölümünə Şərq poeması”nın orijinalı tapılıb.
2001-ci il sentyabrın 11-də Nyu-Yorkda törədilmiş dəhşətli terror aktları ilə yerlə-yeksan edilmiş Dünya ticarət mərkəzinin binalarının yerində məscid tikiləcək.