Milli.Az http://www.milli.az Xəbərlər portalı http://www.milli.az/images/logo_small.gif Milli.Az http://www.milli.az Azərbaycanda tələbələr üçün güzəştli kartların təqdimatı keçiriləcək http://www.milli.az/news/society/115354.html Azərbaycanda tələbə kartlarının təqdimatı keçiriləcək. Cəmiyyət Fri, 18 May 2012 14:56:00 +0500 Trend-in məlumatına görə, Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, mayın 19-da tələbə kartının təqdimat mərasimi keçiriləcək.Tələbə kartlarını gənclər və idman naziri Azad Rəhimov və təhsil naziri Misir Mərdanov təqdim edəcəklər."Tələbə kartı" Azərbaycanda tələbələrə bir sıra xidmətlərə güzəşt imkanı verəcək.Kartlar kitabxanalarda, nəqliyyat vasitələrində və digər iaşə obyektlərində tələbələrə güzəştlərin tətbiq olunması üçün nəzərdə tutulur.İyulun 7-də qəbul olunan "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramında təhsil alan gənclərə sosial dəstəyin artırılması ayrıca bənd kimi göstərilib. Proqrama uyğun olaraq, Gənclər və İdman, Təhsil nazirliklərinə "Azərbaycan tələbə kartı"nın tətbiq edilməsi və gənclərin vahid beynəlxalq güzəşt kartları sisteminə qoşulmasına şərait yaradılması tapşırılıb.Milli.Az "Laçınsız..." filminin təqdimatı keçirilib http://www.milli.az/news/karabah/115351.html Laçın rayonunun işğalının 20-ci ildönümü ilə əlaqədar “Laçınsız...” filminin təqdimat mərasimi keçirilib. Dağlıq Qarabağ münaqişəsi Fri, 18 May 2012 14:51:00 +0500 Trend-in məlumatına görə, Gənc Tamaşaçılar Teatrında baş tutan tədbirdə Baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov vurğulayıb ki, işğal olunmuş rayonların işğalının anım mərasimlərinin formatını dəyişmək lazımdır. Onun sözlərinə görə, ermənilərin işğalçılıq siyasətini dünyaya çatdırmaq, böyüyən nəslə erməni vəhşiliklərini göstərmək, milli vətənpərvərlik hissini gücləndirmək lazımdır. "İşğal günündə insanlarımızın başına gətirilən əzab-əziyyətləri, meyitlərin başına açılan oyunları göstərməkdən uzaqlaşmaq lazımdır. Ümumiyyətlə, işğal günlərində ağlayıb-sızlamaqdan kənarlaşmaq lazımdır”, - o deyib.Tədbirdə şəhid övladı, 1 yaşında anası ilə birlikdə ermənilərə əsir düşmüş, əsirlikdə anasını itirmiş və ermənilərin qeyri-insani davranışı nəticəsində görmə qabiliyyətindən tamamilə məhrum olmuş Nurlanə Nursuzun Ermənistan Prezidenti Serj Sarkisyana müraciəti səsləndirilib.Tədbirdə, həmçinin laçınlı məcburi köçkünlər tərəfindən Laçın rayonunun Ermənistan tərəfindən işğalının 20 illiyi ilə əlaqədar BMT-yə, Avropa Şurasına, ATƏT-ə və xarici ölkələrin Azərbaycandakı səfirliklərinə müraciət qəbul olunub. Milli.Az Novxanı yolunda ağır qəza: 1 ölü http://www.milli.az/news/criminal/115321.html Abşeron rayonu ərazisində yol qəzası ölümlə nəticələnib. Hadisə, kriminal Fri, 18 May 2012 14:47:00 +0500 Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, mayın 17-də saat 18:30 radələrində Novxanı qəsəbəsi ərazisində Bakı şəhər sakini İmran Mahmudov "VAZ-2103" markalı avtomaşını idarə edərkən Əsəd Xudayarovu vurub. Xəsarətlə xəstəxanaya yerləşdirilmiş Ə.Xudayarov orada ölüb.Milli.Az Azərbaycan Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi elektron xidmətlərin tətbiqini ... http://www.milli.az/news/hitech/115349.html Azərbaycan Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi elektron xidmətlərin doqquz növünün inzibati reqlamentlərini təsdiq edib. Texnologiya Fri, 18 May 2012 14:44:00 +0500 Trend-in məlumatlarına görə, bu barədə komitənin məlumatında deyilir.Onlar arasında kadastr nömrəsi üzrə torpaq sahəsi barədə məlumatın əldə edilməsi, bələdiyyələrin xəritələrinin hazırlanması, geodeziya üzrə işlər, qravimetriyalar, fotoqrametriyalar, fotoqrafiyalar, mühəndis-geodeziya işləri, torpaq kadastrından məlumatlar üzrə arayışların verilməsi və s. var.Dövlət Komitəsinin xidmətləri elektron xidmətlərin reyestrinə əlavə edilib. Ümumilikdə komitənin 13 elektron xidməti "Elektron hökumət" portalına inteqrasiya edilib.Komitə tərəfindən şəbəkə internet-infrastrukturun qurulması üzrə işlər reallaşdırılıb. Hazırda qurumun regional şöbələrinin fiber-optik xətlə vahid şəbəkəyə qoşulmasının layihələndirilməsi üzrə işlər başa çatdırılıb.Dövlət Komitəsi informasiya texnologiyaları üzrə özünün inkişaf strategiyasının hazırlanması ilə bağlı işləri tamamlayır.Tədbirlər planına nağdsız ödənişlərin həyata keçirilməsi üçün billinq sistemlərinin tətbiqi üzrə işlər, komitənin tabeliyində olan qurumların müstəqil internet informasiya resurslarının istifadəyə verilməsi üzrə işlər, elektron imzadan istifadə edilməsi üzrə treninqlərin təşkili və s. işlər daxildir.Milli.Az Məşhur türk aktyoru evsiz uşaqlar döydülər http://www.milli.az/news/interest/115342.html "Türk malı" teleserialında oynadığı Yarcan rolu ilə məşhurlaşan, indi isə "Türkün uzayla imtihanı" serialında oynayan məşhur aktyor Sinan Çalışkanoğlu hücuma məruz qalıb. Maraqlı Fri, 18 May 2012 14:41:00 +0500 Milli.Az "Milliyet"ə istinadən bildirir ki, İstanbulun mərkəzindəki Taksim məhəlləsindən yaşadığı Elmadağ səmtində gedən aktyora küçədəki evsiz-eşiksiz uşaqlar hücum çəkərək onu döyüblər.Dava zamanı aktyorun sağ əlinin çeçələ barmağı qırılıb.Milli.Az Bu islam ölkəsi tələbə sayına görə birinci yeri tutur http://www.milli.az/news/world/115332.html İran tələbələrin sayına görə islam ölkələri arasında birinci, dünyada isə 10-cu yeri tutur. Dünyada Fri, 18 May 2012 14:38:00 +0500 Bunu ölkənin təhsil, tədqiqatlar və texnologiyalar nazirinin müavini Hüseyn Nadirimənəş bəyan edib. Trend-in məlumatına görə, bu barədə İRNA agentliyi xəbər verib.Nadirimənəş qeyd edib ki, ölkədə hər 100 min nəfərdən təxminən 5,5 mini ali məktəb tələbəsidir.İranın Təhsil Nazirliyinin məlumatına görə, hazırda ölkədə 4 milyondan artıq tələbə və 2282 universitet var. İslam inqilabına qədər isə İranda cəmi 223 universitet var idi.Milli.Az Məşhur italiyalı baş məşqçi Azərbaycan millisi haqda danışdı http://www.milli.az/news/sport/115346.html İdman Fri, 18 May 2012 14:35:00 +0500 “Azərbaycan yığması ilə yoldaşlıq oyunu mənim üçün əla bir şansdır”. Apasport.az saytının məlumatına görə, bu sözləri Yaponiya millisinin baş məşqçisi Alberto Zakkeroni deyib.İtaliyalı mütəxəssis mayın 23-də millimizlə keçiriləcək yoxlama görüşü haqda fikirlərini açıqlayıb. O bildirib ki, həmin qarşılaşmada Avropada çıxış edən legionerlərin durumu ilə tanış ola biləcək: “Üstəlik, yeniləri də sınamaq imkanı əldə edəcəyəm. Çünki özünü J-liqada yaxşı tərəfdən göstərən milliyə yeni namizədləri də heyətə cəlb etmişəm”.Milli.Az Dünyanın ilk şəffaf televizoru hazırlanıb - FOTO http://www.milli.az/news/hitech/115230.html Gələcəyin televizorunun ilk modeli artıq hazırdır. Texnologiya Fri, 18 May 2012 14:32:00 +0500 Bu televizor söndürüləndə ekran şəffaf olur və ekranın arxasındakı istənilən əşyanı, ya da divarı asanlıqla görmək olur.Milli.Az "The İndependent"ə istinadən bildirir ki, tanınmış dizayner Maykl Fribinin hazırladığı TOLED adlı televizorun unikal ekranı var.Televizor söndürüləndə ekran şəffaflaşır və adi şüşəyə çevrilir.Multimedia funksiyalarına malik televizor uzaqdan idarəetmə pultu ilə yanaşı, sensor idarə panelinə malikdir.Televizor bir toxunuşla multimedia mərkəzinə çevrilir və onun vasitəsilə internetdə "dolaşmaq", sosial şəbəkələrə qoşulmaq, saytlara nəzər salmaq mümkündür.Daha sonra isə televizor ultramüasir oyun konsolu da ola bilir."Loewe" şirkətinin menecerlərinin dediklərinə görə, onlar şəffaf televizorların seriya istehsalına bu yaxınlarda başlayacaqlar.Milli.AzBöyütmək üçün şəkillərə klikləyin. Fotolar: Loewe Bakıdakı təhsil müəssisələrində İdman ili qeyd olunacaq http://www.milli.az/news/society/115315.html Bakının orta məktəblərində və məktəbdənkənar müəssisələrində İdman iliylə bağlı müxtəlif tədbirlər keçiriləcək. Cəmiyyət Fri, 18 May 2012 14:29:00 +0500 Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) Trend-ə verilən məlumata görə, Azərbaycan Prezidentinin sərəncamı ilə təsdiq olunan Azərbaycan Respublikasında 2012-ci ilin İdman ili elan edilməsi ilə bağlı təhsil nazirinin müvafiq əmrinin icrasını təmin etmək məqsədilə idarənin rəhbərliyi tərəfindən əmr imzalanıb.Həmin əmrə əsasən, BŞTİ tərəfindən tədbirlər planı hazırlanıb. Həmin tədbirlər sırasında təhsil müəssisələrində "Azərbaycan gəncləri dünya idman arenalarında" mövzusunda söhbətlərin təşkili, ümumtəhsil müəssisələrində və idman məktəblərində müxtəlif idman növləri üzrə turnirlərin, birinciliklərin keçirilməsi yer alıb. Həmçinin ümumtəhsil müəssisələrinin şagirdləri arasında "Bizim Olimpiya çempionlarımız" mövzusunda inşa müsabiqəsi, ümumtəhsil müəssisələri və idman məktəblərində Beynəlxalq Qaçış Gününə həsr olunan tədbirlər də keçiriləcək.Bunlarla yanaşı, voleybol və həndbol idman növləri üzrə 1998-1999-cu il təvəllüdlü məktəbli oğlan və qızlar arasında İdman ilinə həsr olunan Bakı birinciliyinin, idman məktəblərinin yetirmələri arasında futbol kubokunun, şahmat, dama və stolüstü tennis idman növləri üzrə məktəblilərin XXV Spartakiadasının keçirilməsi BŞTİ tərəfindən tərtib edilən tədbirlər planında öz əksini tapıb. İdman ilinin ən yaxşılarını seçmək məqsədilə müxtəlif nominasiyalar üzrə Bakı şəhər müsabiqəsinin keçirilməsi, yekunda isə müxtəlif idman tədbirlərində öz istedadları ilə fərqlənən uşaqların rəğbətləndirilməsi və təntənəli şənliyin keçirilməsi planlaşdırılıb.Milli.Az Vkontakte Türkiyədə yasaqlandı http://www.milli.az/news/hitech/115336.html Rusiyanın Facebook-u kimi tanınan və 110 milyon istifadəçisi olan Vkontakte sosial şəbəkəsi Türkiyədə yasaqlanıb. Texnologiya Fri, 18 May 2012 14:26:00 +0500 Milli.Az "Milliyet"ə istinadən bildirir ki, İstanbul məhkəməsinin qərarına görə, qadağanın səbəbi Vkontakte-də müəllif hüquqlarının pozulması şərtilə audiovizual kontentin yayılması, Türkiyədə də bu kontentdən qanunsuz istifadə edilməsidir.Türkiyə kurortlarında dincəlmək fikrində olan rusiyalı turistlər arasında isə Vkontakte-nin qadağan olunmasından xəbər tutaraq səfərdən vaz keçənlərin sayı sürətlə artır.Milli.Az "Eurovision-2012" iştirakçısı: "Məgər mən azərbaycanlıya ... http://www.milli.az/news/culture/115325.html "İzabo"nun lideri özünü yarıazərbaycanlı hesab edir. Mədəniyyət Fri, 18 May 2012 14:23:00 +0500 İsrailin "Eurovision-2012" təmsilçiləri və müsabiqənin birinci yarımfinalında "Time" kompozisiyası ilə çıxış edəcək "İzabo" rok-qrupunun solistləri Trend-ə eksklüziv müsahibə veriblər. Məlum olub ki, qrupun lideri Ran Şemtov özünü yarıazərbaycanlı hesab edir."Biz ilk dəfədir, Bakıya gəlirik. Şəhərinizin gözəlliyinə və əzəmətinə heyranıq. Mənim üçün bu, ikiqat xoşdur, axı mənim babam Bakıdandır. Ona görə də özümü yarıazərbaycanlı hesab edirəm. Məgər gözlərimi görmürsünüz? Məgər mən azərbaycanlıya oxşamıram?" - Ran Şemtov gülümsəyərək deyib."Yadımdadır, hələ uşaq olanda atam mənə azərbaycanca bir neçə söz öyrətmişdi. Odur ki, öz ailəmi də azərbaycanlı hesab edirəm", - müğənni əlavə edib."İzabo" qrupunun liderinin sözlərinə görə, onun üçün ulu babalarının tarixi vətənində çıxış etmək və ölkəni nüfuzlu musiqi müsabiqəsində təmsil etmək böyük şərəfdir."Mən Bakıda çoxlu gözəl və mehriban adamlar gördüm. Burada dadına baxdığım Azərbaycan xörəkləri mənim üçün yenilik deyil, çünki belə xörəklər mənim evimdə də hazırlanır və mən onları çox sevirəm", - müğənni deyib.Ran Şemtov qeyd edib ki, Avropa musiqi yarışında ciddi mübarizə var."Mən qrupumuzun uğuruna inanıram. Bizim kompozisiya rok-band üslubunda təqdim olunur və ümid edirəm ki, o, tamaşaçıların xoşuna gələcək. Görək kim qalib gələcək", - Şemtov deyib.Qrup iştirakçılarının sözlərinə görə, onlar Quba rayonunun Qırmızı Qəsəbəsinə səfər edəcək və orada yəhudi icmasının nümayəndələri ilə görüşəcəklər.Milli.AzBöyütmək üçün şəkillərə klikləyin. Ronaldo "Real Madrid"dən gedir? http://www.milli.az/news/sport/115338.html İdman Fri, 18 May 2012 14:20:00 +0500 Portuqaliya milli komandasının futbolçusu Kriştianu Ronaldo gələcəkdə İspaniya “Real"ını tərk etməsinin mümkünlüyünü istisna etməyib. Qol.az-ın məlumatına görə, 27 yaşlı futbolçu İngiltərə “Mançester Yunayted”inin heyətində 6 mövsüm çıxış etdikdən sonra 2009-cu ildə “kral klubu”na keçib.2011-2012-ci il mövsümündə o, 60 qol vurub. Ronaldo “Real Madrid”də çıxış etdiyi üçün özünü xoşbəxt saydığını etiraf edib. Lakin o, çox uzağa boylanmağa tələsmir: “Açığı, gələcəkdə nə baş verəcəyini bilmirəm və bunu heç kim bilməz. Hazırda dahi klubun bir hissəsi olmaqdan məmnunam. Lakin bu, 1-2 il ola bilər. Sonra isə... Hadisələrin inkişafını əvvəlcədən demək həmişə çətindir”.Qeyd edək ki, Kriştiano Ronaldo iyunda yığmadakı komanda yoldaşları ilə birgə Avropa çempionatına qatılacaq. Portuqaliyanın qrup rəqibləri Almaniya, Hollandiya və Danimarka olacaq.Milli.Az Taner Yıldız: "Qazın TANAP vasitəsilə Türkiyəyə nəqli üçün Azərbaycanla ... http://www.milli.az/news/economy/115341.html İqtisadiyyat Fri, 18 May 2012 14:17:00 +0500 Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz” qaz yatağının işlənilməsinin 2-ci mərhələsində hasil olunacaq mavi yanacağın çəkilməsi planlaşdırılan “Transanadolu” (TANAP) boru kəməri ilə Türkiyəyə nəql edilməsinə dair Azərbaycanla aparılan danışıqlar iyunun sonunda başa çatacaq və razılıq əldə olunacaq. AzərTAc xəbər verir ki, bu sözləri Türkiyənin enerji və təbii ehtiyatlar naziri Taner Yıldız İngiltərənin “Financial Times” qəzetinə verdiyi müsahibəsində deyib.T.Yıldız bildirib ki, “Şahdəniz” yatağından çıxarılacaq qazın Avropa bazarlarına TANAP kəməri ilə nəqli daha realdır.Nazir qeyd edib ki, bu layihə “Nabukko”ya alternativ deyil: “Yeni təklif olunan “Nabukko-Qərb” layihəsi də realdır. Layihənin necə adlandırılması əsas deyil. Əsas odur ki, onu həyata keçirmək mümkün olsun”.Milli.Az Boksçunu sabiq sevgili qana boyadı http://www.milli.az/news/interest/115237.html Orta ağır çəkidə çıxış edən Nik Kasal sevgilisinin sabiq məşuqu tərəfindən döyülüb. Maraqlı Fri, 18 May 2012 14:14:00 +0500 Milli.Az NBC-yə istinadən bildirir ki, boksçunun dediyinə görə, ona istədiyi qızın sabiq sevgilisi ilə bahəm, daha bir nəfər də hücum çəkib.Qolu qırılan Kasalın başında ağır yara var.İyunun 29-da rusiyalı boksçu Ruslan Provodnikovla karyerasının ən önəmli döyüşünə çıxmağa hazırlaşan Kasalın başına 300 tikiş qoyulub.Milli.Az Mübariz Əhmədoğlu: "Dinə və dini liderlərinə hörmət etməyən iranlıların bunu ... http://www.milli.az/news/politics/115320.html Bu vaxtadək bütün ədəbsizlikləri, münasibətlərdəki gərginləşməni İran tərəfi başlayıb. Biz müdafiə olunan tərəfik. İran belə davam etsə, taktikamızı dəyişə bilərik. Siyasət Fri, 18 May 2012 14:11:00 +0500 İki ərdəbillinin son bir neçə gündə mətbuata verdiyi açıqlamaya söykənərək İranın ali dini liderinin Dağlıq Qarabağla bağlı fətvasının olub-olmadığını cüzi təhlil edəcəyik:- birinci hal, Ərdəbildən İran parlamentinin deputatı M.Həqiqətpur İranın Ali dini liderinin Qarabağ torpağının islam torpağı olması barədə fətvalarının olduğunu bildirdi. Bunu həqiqət kimi qəbul etsək, o zaman İranın Ali dini liderinin Qarabağın islam torpağı olması ilə bağlıfətvasını icra etməyənlərin üç nəfərini sizə təqdim edirik. Bu üç nəfərdən birincisi İranın prezidenti Mahmud Əhmədinejaddır. İranın Ali dini liderinin birbaşa dəstəyi və yaxından iştirakı ilə təyin olunmuş prezident M.Əhmədinejad Ali dini liderin fətva verib İslam torpağı elan etdiyi Qarabağı işğal etmiş, əslən qarabağlı Ermənistan prezidenti S.Sarkisyanlaqucaqlaşıb öpüşməsi hamının gözü qarşısında baş verdi. İranla Ermənistanın indiki coğrafiyasının dəyişilməyəcəyi bəyanatının da müəllifi həmin prezidentdir. Bu coğrafiya həm tarixi Ermənistan Respublikası ilə İran arasında sərhəddir, həm də bugünkü ermənilər tərəfindən işğal olunmuş ərazilərin İranla yaratdığı sərhədlərin daxil olduğu coğrafiyanı əhatə edir. İranla Ermənistanın eyni mədəniyyətin daşıyıcısı olması tezisinin də müəllifi M.Əhmədinejaddır. Ermənistanın mədəniyyəti işğalçılıq, iri dövlətlərin əlində alət olub qonşulara problem yaratmaqdır. Görünür, İran işğalçılığın və iri dövlətlərin əlində alət olduğunu rəsmən etiraf etmişdir;- ikincisi, İranın xarici işlər naziri S.Ə.Salehinin Ermənistanda və Ermənistanın xarici işlər naziri ilə İranda keçirdiyi görüşlər zamanı səsləndirdiyi bəyanatlardadır. Bu həmin Salehidir ki, Naxçıvanda üçtərəfli görüş zamanı imza atdığı sənəddə Dağlıq Qarabağ məsələsi ilə bağlı rəsmi mövqeyinin üstündən 10 dəqiqə keçmiş keçirdiyi mətbuat konfransında omövqeni təkzib edən bəyanatla çıxış etdi. İran boyda dövlətin özündən 30-40 dəfə kiçik, işğalçı dövlətlə bağlı mövqeyini belə qısa müddət ərzində dəyişməsi hər halda dinə və normal insani davranışa uyğun gəlmir;- üçüncüsü, İranın Ermənistanda 4 il yarım səfiri işləmiş Saqiyanın fəaliyyəti, funksiyası və davranışı ilə bağlıdır. Ermənistanı müdafiə etmək naminə bu şəxs Ali dini liderlə prezident arasında çaxnaşma salmağa rəvac verdi. İran yeganə dövlətdir ki, onun səfiri təxminən bir sutka ərzində öz prezidentinin Ermənistanla bağlı səsləndirdiyi fikirləri açıq mətnlə təkzib etdi. Təkzib, təbii ki, Ermənistanın xeyrinə idi.İran parlamentinin üzvlərini, siyasətçilərini və digər şəxslərini Ermənistan kontekstindən tədqiq etməyə ehtiyac görmədik, çünki bu üç hal hər şeyi ortalığa qoyur. İranın Ermənistandakı səfiri İranın xarici işlər naziri və ən nəhayət, İranın prezidenti İranın Ali dini liderinin fətvasını saya salmırsa, belə dini liderin İranın daxilində nüfuzunun miqyasını müzakirə mövzusu etmək olar.İkinci hal Ərdəbilin imam-cüməsi, İranın ali dini liderinin Ərdəbil Ostanlığı üzrə səlahiyyətli nümayəndəsi Seyid Həsən Amilinin dəfələrlə təkrar etdiyi bir fikridir: “əgər müctəhidlərdən hər hansısa biri fətva versə, mən şəxsən özüm əlimə silah götürüb Qarabağa döyüşməyə gedəcəyəm”.Seyid Amili İranın nüfuzlu dini liderləri içərisində ən gəncidir. Onun Qarabağda döyüşməyə gedib-getməyəcəyi bizim üçün o qədər də maraqlı deyildir. Hər halda İranda dini liderlərin öz balalarını hərbi xidmətdən yayındırmaqla bağlı bəzi addımlarından məlumatımız var, amma onun dediyi başqa bir həqiqəti təsdiq edir: Ali dini liderin və ya İranın fətva verməksəlahiyyətli müctəhidlərinin Dağlıq Qarabağın işğal olunmuş müsəlman torpağı olması ilə bağlı fətvası yoxdur. İslam dinimizdə torpaq uğrunda müharibənin din uğrunda müharibəyə bərabər tutulduğu, vətəni qorumağın imandan olduğu barədə çoxlu ayələr və mötəbər hədislər mövcuddur. Belə olan halda Azərbaycan torpaqlarınn işğalının başlandığının 25 ili ərzində İrandan dini liderin və ya səlahiyyətli müctəhidin bu torpaqlarla bağlı fətva verməməsi həmin dini lider və müctəhidlər tərəfindən dinimizin əsas mahiyyətini, eləcə də ayrı-ayrı maddələrinin tələbinin pozulması deməkdir. Dinimizin və Qurani-Kərimin ayrı-ayrı ayələrinin tələbinə məhəl qoymamaq dinimizə və Qurani-Kərimə hörmətsizlikdir. Bu hörmətsizlik isə İranın din rəhbərləri tərəfindən nümayiş olunur. Dinə hörmət etməyən dini liderlərin xalq tərəfindən hörmətə malik olması mümkün deyildir. Belə məhəbbət saxtaməhəbbətdir. Eləcə də İranda hər şeyin baş-ayaq getdiyi bir vaxtda, əhalinin sosial-iqtisadi vəziyyətinin ağırlaşdığı bir vaxtda əhalinin liderlərə hörmətlə yanaşması mümkün deyildir. İran adlı məmləkətin dini və icra liderləri nə dinə hörmət qoymurlar, nə də əhalinin vəziyyətini yaxşılaşdırmırlar. Başqa sözlə, nə dini, nə də xalqı saya salmırlar.Mübariz Əhmədoğlu,Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin direktoru, politoloqMilli.Az Azərbaycanda Vergi Məcəlləsinə düzəlişlər gələn ildən qüvvəyə minəcək http://www.milli.az/news/economy/115335.html Azərbaycanın Maliyyə Nazirliyi iyunun sonunadək ölkənin vergi qanunvericiliyinə dəyişiklik və əlavələrin layihəsi üzərində işi başa çatdırmağı planlaşdırır. İqtisadiyyat Fri, 18 May 2012 14:08:00 +0500 Trend-in məlumatına görə, bu barədə jurnalistlərə nazir müavini Azər Bayramov məlumat verib."Bir çox məsələlər artıq razılaşdırılıb, onlardan bəzilərinin detalları üzərində işlənilir", - Bayramov deyib.Vergi Məcəlləsinə dəyişikliklər 2013-cü il yanvarın 1-dən qüvvəyə minəcək.Milli.Az Tacikistanda türk serialları yasaqlandı http://www.milli.az/news/seriallar/115340.html Tacikistanın hakimiyyət dairələri Türkiyədə çəkilmiş teleserialların ölkə telekanallarında nümayişini qadağan edib. Seriallar Fri, 18 May 2012 14:05:00 +0500 Milli.Az "Radio Azattık"a  istinadən bildirir ki, qadağanın səbəbi kimi "türk seriallarında zorakılıq və tərbiyəsizlik səhnələrinin çox olmasıdır": "Bu serialda qəddarlıqla dolu səhnələr çoxdur və onlar tamaşaçılara mənfi təsir edə bilər".Tacikistan Dövlət Kino və Video Məhsulları Agentliyinin sədri Davlat Safarov isə bildirib ki, "Türkiyədə çəkilmiş teleseriallarda terrorçuluq və ekstremizm təbliğ olunur".Türk serialları son vaxtlar Tacikistanda çox populyardır. Qonşu Özbəkistanda da bəzi türk teleseriallarının nümayişi qadağandır.Milli.Az ARDNŞ və "Petrovyetnam" şirkəti arasında ... http://www.milli.az/news/economy/115339.html İqtisadiyyat Fri, 18 May 2012 14:02:00 +0500 ARDNŞ-nin Baş ofisində Azərbaycan Respublikasının quru ərazilərində “Muradxanlı”, “Cəfərli” və “Zərdab” neft yataqlarının daxil olduğu blokun bərpası, kəşfiyyatı, işlənilməsi və hasilatın pay bölgüsü haqqında sazişin əsas ticari prinsipləri və müəddəalarına dair müqavilə imzalanıb. Milli.Az-ın Dövlət Neft Şirkətinin internet saytına istinadən verdiyi məlumata görə, ARDNŞ və Vyetnamın “Vyetnam Oyl and Qaz Qrup” şirkəti (“Petrovyetnam”) arasında müqaviləni Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə və “Petrovyetnam” şirkətinin vitse-prezidenti Nguyen Vu Truong Son imzalayıblar. ARDNŞ-nin birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə Azərbaycanla Vyetnam arasında dostluq münasibətlərinin tarixindən danışıb, Vyetnamın enerji sektorunun inkişafında Azərbaycan neftçilərinin mühüm rol oynadığnı qeyd edib. “Petrovyetnam” şirkətinin vitse-prezidenti Nguyen Vu Truong Son müqavilənin hazırlanması prosesinə göstərilən diqqətə görə ARDNŞ rəhbərliyinə minnətdarlıq edib, əmin olduğunu bildirib ki, tezliklə birgə səylər nəticəsində “Muradxanlı”, “Cəfərli” və “Zərdab” neft yataqlarının daxil olduğu blokun bərpası, kəşfiyyatı, işlənilməsi və hasilatın pay bölgüsü haqqında sazişin imzalanmasına nail olunacaq. Tərəflər həmçinin, bu müqavilənin iki dövlət arasında iqtisadi münasibətlərin genişlənməsinə mühüm töhfə verəcəyini söyləyiblər.Mərasimdə bildirilib ki, “Muradxanlı-Cəfərli-Zərdab” bloku Yevlax-Ağcabədi neftli-qazlı rayonunda, İmişli rayonun inzibatı ərazisində yerləşir. Saziş sahəsinə daxil olan Muradxanlı yatağı 1971-ci ildə, Cəfərli yatağı 1984-cü ildə, Zərdab yatağı isə 1981-ci ildə kəşf edilib. Bu yataqlarda cəmi 183 quyu qazılmış və işlənmənin əvvəlindən 3,4 milyon ton neft və 100 milyon kubmetr qaz hasil edilib. Blokun çıxarıla bilən qalıq neft ehtiyatları 1,8 milyon ton, qalıq qaz ehtiyatları 36 milyon kubmetr həcmində qiymətləndirilir. Ötən il yataqlardan 26 min ton neft çıxarılıb. Hazırda blok üzrə istismar fondunda 77 quyu var. Bunların 64-ü işlək quyu fondundadır.Milli.Az "Sübut etdik ki, "Bakı" avrokuboklara layiqdir" http://www.milli.az/news/sport/115289.html İdman Fri, 18 May 2012 13:58:00 +0500 “Bakı”nın baş məşqçisi Novruz Əzimov “Neftçi” ilə Azərbaycan Kubokunun final matçını şərh edib. Azerisport.az saytına müsahibəsində o, 2:0 hesabıyla qalib gəldikləri görüşlə bağlı bunları dilə gətirib: ““Neftçi” güclü komandadır. Ancaq biz finala daha yaxşı hazırlaşmışdıq. Mövsümün sonunda kubokun finalı bizim üçün əsas oyuna çevrilmişdi. Bu üzdən hətta çempionat oyunlarına da xüsusi fikir vermirdik. Bu gün göstərdik ki, avrokuboklara layiqik. Bu qələbəni klubumuzun prezidenti Hafiz Məmmədova həsr edirik. Futbolçularım meydandan kənar təzyiqlərə sinə gərməyi bacardılar. Buna görə onlara təşəkkür edirəm. Gərgin qarşılaşma oldu. Şadam ki, sonda qalib gəldik. Parks əvəzlənərkən küncdən zərbə vururduq. Parks epizodun başa çatmasını istədi. Ondan sonra meydandan çıxdı. Baş məşqçisi kimi komandada qalıb-qalmayacağıma rəhbərlik qərar verəcək. Mənim və ya başqa mütəxəssisin təyin olunmasından asılı olmayaraq, “Bakı”nın seçiminin doğru olmasını arzulayıram”.Milli.Az Facebook-un sahibi bir gündə rekord vurdu http://www.milli.az/news/hitech/115326.html Dünyanın ən böyük sosial şəbəkəsi Facebook-un yaradıcısı və sahibi Mark Sukerberq sürətlə varlanma baxımından yeni rekord vurub. Texnologiya Fri, 18 May 2012 13:55:00 +0500 Milli.Az "Gizmodo"ya istinadən bildirir ki, sosial şəbəkənin səhmlərinin birjada ilkin satışı (İPO) 28 yaşlı Sukerberqi avtomatik olaraq dünyanın ən zəngin adamlarının reytinqində 29-cu adama çevirib.Facebook-un İPO-sunda sosial şəbəkənin 412,2 milyon səhmindən hər biri 38 dollardan satılıb.Sukerberqin 403,6 milyon səhmə malik olduğunu nəzərə alsaq, onun sərvəti 19,25 milyard dollara çatıb.Beləcə, Mark Sukerberq varidat baxımından "Google"un baniləri Sergey Brin və Larri Peyci də geridə qoyub.Analitiklərin fikrincə, İPO vasitəsilə 16 milyard dollar əldə edən Facebook-un dəyəri 104 milyarda çatacaq.Bundan başqa, Facebookun səhmdarları və əməkdaşları arasında artıq 1000 milyarder var.Milli.Az Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə yeni rəis ... http://www.milli.az/news/society/115330.html Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə daha üç yeni rəis müavini təyin edilib. Cəmiyyət Fri, 18 May 2012 13:52:00 +0500 Hüquq-mühafizə orqanlarından Trend-ə bildiriblər ki, Azərbaycan Könüllü Hərbi Vətənpərvərlik Texniki İdman Cəmiyyətinin sədri, general-mayor Novruzəli Orucov tutduğu vəzifədən azad edilərək Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə rəis müavini təyin olunub. Daha sonra respublika hərbi komissarının sabiq müavini Ramiz Məmmədov və Dövlət Sərhəd Xidməti Akademiyasının zabiti Zaur Abdullayev xidmətin rəis müavini təyin ediliblər.Xidmətdən Trend-ə məlumatı təsdiqləyiblər.Qeyd edək ki, bir müddət öncə xidmətə iki rəis müavini təyin edilib. Onlar Milli Təhlükəsizlik Nazirliyinin Suraxanı rayon şöbəsinin rəisi Vahid Zeynalov və Dövlət Miqrasiya Xidmətinin rəis müavini Elman Əliyevdir.Xatırladaq ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Prezidentin 13 fevral 2012-ci il tarixli sərəncamı ilə yaradılıb və 2007-2012-ci illərdə Dövlət Miqrasiya Xidmətinin rəisi vəzifəsində çalışmış Arzu Rəhimov bu xidmətə rəhbər təyin olunub.Milli.Az Rusiyada hərbi sursat anbarı yanıb http://www.milli.az/news/world/115331.html Rusiyada yanan Primorye hərbi sursat anbarında mərmilər partlayıb, insanlar təhlükəsiz əraziyə köçürülüb. Dünyada Fri, 18 May 2012 13:49:00 +0500 Trend-in məlumatına görə, bu barədə "RİA Novosti"yə Rusiya Müdafiə Nazirliyinin Mətbuat xidməti və informasiya idarəsindən bildiriblər.Agentliyin həmsöhbəti deyib ki, bütün hərbi qulluqçu və mülki heyət təhlükəsiz əraziyə yerləşdirilib.İlkin məlumata görə, bir hərbçi ayağından yüngül xəsarət alıb.Milli.Az Azərbaycanlı müğənni Türkiyəyə müalicəyə gedir http://www.milli.az/news/showbiz/115328.html Artıq bir həftədən çoxdur ki, səhhətində yaranmış ciddi problemlə əlaqədar olaraq Bakıda Musa Nağıyev adına təcili-tibbi yardım mərkəzində müalicə olunan tanınmış bəstəkar və müğənni Tunar həkim nəzarəti altındadır. Şou-biznes Fri, 18 May 2012 13:46:00 +0500 Əmisi oğlu Yelmarın “Olaylar”a verdiyi məlumata görə, sənətçiyə hazırda sistem köçürülür və hələ ki, bir neçə gün xəstəxanada yatmalı olacaq: “Tunar səhhətində yaranmış problemlə əlaqədar olaraq xəstəxanada müalicə olunur. Bacısı Günel də hər gün onu ziyarət edir. Tunar səhhəti ilə əlaqədar olaraq bir balaca yaradıcılığına ara verib, qastrol səfərlərini təxirə salıb. Lakin o bir neçə gündən sonra Günel xanımla Türkiyəyə yola düşəcək. Müalicəsinin müəyyən hissəsini Türkiyə klinikalarının birində davam etdirəcək”.   Milli.Az Türkiyə Suriyanı terrorçulara dəstək verməkdə günahlandırdı http://www.milli.az/news/world/115323.html Türkiyə hakimiyyəti Suriya rəhbərliyinin terrorçu PKK-nın şəhər qanadı olan Kürd Cəmiyyətləri İttifaqına (KCİ) dəstək göstərdiyini təsdiqləyən faktlara malikdir. Dünyada Fri, 18 May 2012 13:42:00 +0500 Belə bir bəyanatla Türkiyənin daxili işlər naziri İdris Naim Şahin çıxış edib. Trend-in məlumatına görə, bu barədə TRT Haber telekanalı xəbər verib."Biz Dəməşqin Türkiyədə, xüsusilə Suriya sərhədinə yaxın olan regionlarda terroru dəstəkləməsi barədə sübutlara malikik", - Şahin deyib.Nazir onu da qeyd edib ki, Türkiyə Suriya sərhədinə nəzarət edir və Suriyadan olan terrorçulara Türkiyə ərazisinə keçməyə imkan vermir.Milli.Az Günay Musayeva ana oldu - YENİLƏNİB - FOTO http://www.milli.az/news/showbiz/115329.html Türkiyəli aktyor Tolqa Karellə ailə quran azərbaycanlı model Günay Musayeva ana olub. Şou-biznes Fri, 18 May 2012 13:39:00 +0500 13:33Milli.Az-ın “Posta” qəzetinə istinadən verdiyi məlumata görə, məşhur cütlüyün Cihangir Can adı qoyduqları oğulları dünyaya gəlib. Körpənin çəkisi 3 kiloqramdır.Menecer Selin Boronkay cütlüyün övlad həyəcanını əks etdirən xəstəxana fotolarını sosial şəbəkələrdə paylaşıb: "Tolga Karel baba oldu".Milli.Az----------13:39Böyütmək üçün şəkillərə klikləyin. Azərbaycan İpoteka Fondunun istiqrazlarının növbəti yerləşdirilməsi elan edilib http://www.milli.az/news/economy/115324.html Bakı Fond Birjası (BFB) ölkənin Mərkəzi Bankı yanında fəaliyyət göstərən Azərbaycan İpoteka Fondunun (AİF) 3 milyon manat həcmində faizli, sənədsiz, təmin edilmiş, adlı istiqrazlarının emissiyasının növbəti hissəsinin yerləşdirilməsini elan edib. İqtisadiyyat Fri, 18 May 2012 13:36:00 +0500 Bu barədə Trend-ə BFB-dən məlumat verilib.İstiqrazlar cari ilin may ayının 21-də yerləşdiriləcək. Sifarişlər 100,5583 faiz qiyməti ilə təqdim ediləcək. İstiqrazların ödənilməsi 2022-ci il yanvarın 22-nə təyin edilib.Yerləşdirmə 2012-ci ilin yanvarında illik üç faiz dərəcəsi ilə hər bir istiqrazın nominal qiyməti 1000 manat olan 30 milyon manat həcmində qeydə alınan emissiyadan həyata keçirilir.Bu emissiyadan istiqazların yerləşdirilməsi cari ilin mart ayının 15-də başlayıb və hazırda yerləşdirilən istiqrazların məbləği 11 milyon manat təşkil edir.Milli.Az Bakıda tanınmış şirkətin iş icraçısını öldürüb yandırdılar - YENİLƏNİB http://www.milli.az/news/criminal/115090.html Şamaxı rayonunda qətl hadisəsi baş verib. Hadisə, kriminal Fri, 18 May 2012 13:30:00 +0500 18.05.201213:30Daxili İşlər Nazirliyi mayın 17-də Şamaxı rayonunun Nağaraxana kəndi ərazisində törədilmiş qətllə bağlı məlumat yayıb. Milli.Az nazirliyin saytına istinadən xəbər verir ki, Bakı şəhər sakini Akim Əfəndiyev özünə məxsus bağ evində qətlə yetirilib, sonra isə evə od vurulub. Qətl barədə məlumat olmamışdan əvvəl evdə yanğın olub. Nəticədə evdəki əşyalar qismən yanıb. Yanğın söndürüldükdən sonra A.Əfəndiyevin bıçaqla qətlə yetirilmiş meyiti tapılıb. Faktla əlaqədar cinayət işi başlanıb.Şamaxı Rayon Prokurorluğundan Milli.Az-a bildirildi ki, A.Əfəndiyev hadisədən əvvəl dostları ilə bağ evinə dincəlməyə gəlib. Onlar yeyib-içəndən sonra hadisə baş verib. Hazırda mərhumun dostları barədə məlumat yoxdur. Qətlin də həmin şəxslərdən biri tərəfindən törədilməsi ehtimal olunur. Qətli törədənlər izi itirmək üçün evə od vurublar. Mərhum sağlığında “Azvirt” MMC-də iş icraçısı işləyirdi. -----------------17.05.201214:11APA-nın məlumatına görə, hadisə bu gün səhər saatlarında rayonun Nağaraxana kəndində qeydə alınıb. Bakı şəhər sakini, 1983-cü il təvəllüdlü Əfəndiyev Akim Fərhad oğlu yaşadığı bağ evində naməlum şəxs tərəfindən qətlə yetirilib. Döş qəfəsindən 4 dəfə bıçaq xəsarəti alan A. Əfəndiyev hadisə yerində dünyasını dəyişib. Akim Əfəndiyevin Bakıda tikinti şirkətində çalışdığı bildirilir.Hadisə barədə rayon Polis Şöbəsinə məlumat daxil olub və hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədirlər. Qətli törədən şəxsin kimliyi hələlik məlum deyil və onun tapılması istiqamətində zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.Faktla bağlı Şamaxı Rayon Prokurorluğu tərəfindən cinayət işi açılıb, araşdırma aparılır. Milli.Az Bakıdakı "naməlum" abidəyə "ad qoyuldu" - FOTO http://www.milli.az/news/culture/115260.html Azərbaycanın tanınmış qəzəlxanı Əliağa Vahidin İçərişəhərdəki büstünə "əl gəzdirilib". Mədəniyyət Fri, 18 May 2012 13:28:00 +0500 Milli.Az Day.Az saytına istinadən xəbər verir ki, uzun fasilədən sonra büstün qarşısına onun kimə məxsus olduğunu bildirən, Ə.Vahidin doğum və ölüm tarixinin, yaradıcılığı ilə bağlı qısa məlumatın yer aldığı tablo vurulub.Xatırladaq ki, vaxtilə Qubernator parkında yerləşən abidə bərpa işlərilə əlaqədar İçərişəhərə keçirilmişdi. Lakin onun üzərində abidənin kimə məxsus olduğunu göstərən heç bir yazı yox idi.Milli.AzBöyütmək üçün şəkillərə klikləyin. ABŞ Konqresinin üzvü Şuşanın işğalının ildönümü ilə bağlı bəyanat verib http://www.milli.az/news/politics/115322.html “Bu gün biz Vətənlərini müdafiə edərkən həlak olanları və Vətəndən ayrı düşənləri yad edirik”. Siyasət Fri, 18 May 2012 13:25:00 +0500 AzərTAc xəbər verir ki, Azərbaycanın qədim mədəniyyət beşiyi olan Şuşa şəhərinin erməni silahlı qüvvələri tərəfindən işğal edilməsinin 20-ci ildönümü ilə bağlı ABŞ Konqresinin Nümayəndələr Palatasında fəaliyyət göstərən Azərbaycan üzrə işçi qrupunun üzvü xanım Virciniya Foks bəyanatla çıxış edib. Konqresin Şimali Karolinadan olan respublikaçı üzvü bildirib ki, Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yerləşən Şuşa şəhəri 20 il əvvəl erməni silahlı qüvvələri tərəfindən zəbt olunub və dağıdılıb. Üç tərəfdən hücuma məruz qalan Şuşada çoxlu sayda dinc sakin həlak olub.Amerikalı qanunverici vurğulayıb ki, bu faciəvi hadisə nəticəsində Şuşanın zəngin tarixi və mədəni irsi, o cümlədən qədim muzeylər, dini abidələr, musiqi məktəbləri və digər tarixi yerlər 20 ildir ki, azərbaycanlılar üçün əlçatmaz olub. Şuşa şəhəri də daxil olmaqla, Dağlıq Qarabağ bölgəsinin Azərbaycana qanuni məxsusluğunu təsdiqləyən BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinə baxmayaraq, bölgə hələ də işğal altındadır.Virciniya Foks deyib: “Bu gün biz, Vətənlərini müdafiə edərkən həlak olanları və Vətəndən ayrı düşənləri yad edirik. Ümid edirəm ki, Dağlıq Qarabağ münaqişəsinə tezliklə son qoyulacaq, insanlar öz yurdlarına qayıdıb əmin-amanlıq içərisində yaşayacaqlar”.Milli.Az Çempionlar Liqası: 10 ən gözəl qol - VİDEO http://www.milli.az/news/sport/115301.html Çempionlar Liqasının növbəti mövsümü başa çatmaq üzrədir. İdman Fri, 18 May 2012 13:22:00 +0500 Avropanın ən nüfuzlu klub turnirinin qalibi sabah keçiriləcək «Bavariya» - «Çelsi» matçında aydınlaşacaq.Milli.Az Rusiya KİV-nə istinadən turnirin finalınadək olan mərhələsində vurulmuş ən gözəl 10 qolu təqdim edir.Milli.AzVideonu izləmək üçün aşağıdakı şəklə klikləyin. UNICEF və Azərbaycan Xüsusi Olimpiya Komitəsi əməkdaşlığa başlayıb - FOTO http://www.milli.az/news/sport/115317.html UNICEF və Azərbaycan Xüsusi Olimpiya Komitəsi (AXOK) əlilliyi olan uşaqlar üçün bərabər imkanlar yaratmaq və idmanla onların tam potensiallarının aşkarlanmasına yardım etmək üçün birgə anlaşma memorandumu imzalayıb. İdman Fri, 18 May 2012 13:19:00 +0500 Bununla bağlı cümə günü Trend Beynəlxalq İnformasiya Agentliyinin Mətbuat Mərkəzində keçirilən tədbirdə UNİCEF-in Azərbaycan nümayəndəliyinin rəhbəri Mark Herevard bildirib ki, tərəflər bununla rəsmi tərəfdaşlığa start verirlər. Bu yeni tərəfdaşlıq əlilliyi olan uşaqların digər uşaqlarla bərabər hüquqlara malik olmasına yardım edəcək.O hesab edir ki, adekvat səhiyyə xidmətlərindən, keyfiyyətli təhsildən bəhrələnmək, istismar və xəstəliklərdən qoruyacaq mühitdə yaşamaq əlilliyi olan uşaqların haqqıdır.AXOK-un prezidenti Şahin Əliyev bildirib ki, Azərbaycan Xüsusi Olimpiya Hərəkatına 20 il əvvəl qoşulub. Komitə 1990-cı ildən etibarən SSRİ Xüsusi Olimpiya Komitəsinin tərkibində fəaliyyət göstərib. Azərbaycan müstəqillik əldə etdikdən sonra - 1991-ci il noyabrın 30-da ilk XOK təsis edilib.Əliyev deyib ki, UNİCEF-in Xüsusi Olimpiya Komitəsi ilə qlobal tərəfdaşlığı 2007-ci ildən başlayıb. Bu qurum artıq 15 ölkədə tərəfdaşlıq münasibətləri qurub.Milli.AzBöyütmək üçün şəkillərə klikləyin. Azərbaycanda 21 yaşlı qız toyu günü özünü öldürmək istədi http://www.milli.az/news/criminal/115319.html Siyəzən rayonunda intihar cəhd faktı qeydə alınıb. Hadisə, kriminal Fri, 18 May 2012 13:16:00 +0500 APA-nın məlumatına görə, Siyəzən rayonunun Yenikənd kənd sakini, 1991-ci il təvəllüdlü Baxşıyeva Günay Ziyafəddin qızı yaşadığı evin həyətində özünü asıb. 20 dəqiqə ipdən asılı qalan qız möcüzə nəticəsində sağ qalıb. Nişanlısı Günayın telefon zənglərinə cavab vermədiyini görərək onlara gəlib və qızı ipdən asılı vəziyyətdə tapıb. G.Baxşıyeva Siyəzən Regional Diaqnostika Mərkəzinə çatdırılıb. Onun vəziyyətinin ağır olduğu bildirilir. Məlumata görə, bu gün Günay Baxşıyevanın toy mərasimi keçirilməli idi. Faktla bağlı araşdırma aparılır. Milli.Az Azərbaycanlı deputatlar ATƏT PA-nın yay sessiyasında Dağlıq Qarabağla bağlı hesabat ... http://www.milli.az/news/politics/115312.html ATƏT-in Parlament Assambleyasının (PA) 2012-ci il illik yay sessiyası iyul ayının birinci ongünlüyündə Monakoda keçiriləcək. Siyasət Fri, 18 May 2012 13:13:00 +0500 Trend-in məlumatına görə, bunu jurnalistlərə Azərbaycan Milli Məclisinin vitse-spikeri, ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri Bahar Muradova bildirib.Sessiyada Belqrad deklarasiyasının yerinə yetirilməsi ilə bağlı hesabat və komitələrdə qətnamələr, o cümlədən, Monako deklarasiyasının qəbul ediləcəyi gözlənilir. Muradova deyib ki, sessiya zamanı siyasi məsələlərə də önəm veriləcək. Dağlıq Qarabağla bağlı Monako sessiyasına təqdim olunacaq hesabat və onun əsasında hazırlanacaq qətnamə üzərində iş gedir.Onun sözlərinə görə, ATƏT PA-nın yaz sessiyasında qurumun baş katibi Sprenser Oliverlə görüşdəki hesabatda Azərbaycan tərəfini qane etməyən məsələlər diqqətə çatdırılıb.Vitse-spiker bildirib ki, sessiyada Ermənistanda keçirilən parlament seçkilərindəki qanun pozuntuları da müzakirə olunacaq. ATƏT-in müşahidə missiyasının hesabatında Ermənistandakı seçkilər zamanı bir sıra nöqsanlara yol verildiyi öz əksini tapıb. "ATƏT PA-da tək nöqsanların vurğulanması deyil, dəyərləndirilməsi məsələsi də var. Yəqin ki, sessiya zamanı bu məsələyə də baxılacaq", - Muradova əlavə edib.Milli.Az İranda aclıqdan və alkoqolizmdən ölənlər var http://www.milli.az/news/world/115309.html İranda 2011-ci il ərzində məhkəmə-tibbi ekspertizanın məlumatlarının analizi göstərib ki, ölkədə aclıqdan və alkoqolizmdən 93 nəfər həlak olub. Dünyada Fri, 18 May 2012 13:10:00 +0500 Trend-in məlumatına görə, bu barədə İSNA agentliyi xəbər verib.Hesabatda bildirilir ki, bu səbəbdən 7 qadın və 86 kişi ölüb.Sənəddə bu rəqəmlərin 2010-cu ildəkindən az olduğu da bildirilib.Milli.Az Bakıda fəaliyyət göstərən pulsuz avtobuslar hamı üçün deyil? http://www.milli.az/news/society/115302.html "Eurovision"la bağlı paytaxtda fəaliyyət göstərən belə avtobuslar xüsusi nömrələnib. Cəmiyyət Fri, 18 May 2012 13:07:00 +0500 "Ekspress" qəzeti yazır ki, Bakıda keçiriləcək "Eurovision-2012" müsabiqəsi ilə əlaqədar Azərbaycana gətirilən xüsusi avtobuslar artıq fəaliyyət göstərir. Bu avtobuslar sərnişinlərə pulsuz xidmət göstərir.Avtobuslar yalnız iştirakçılar, xüsusi vəsiqəsi olan fanatlar, turistlər və jurnalistlər üçün nəzərdə tutulub. Bu avtobuslar hər gün saat 7:30-dan gecə saat 3-ə kimi işləyir. Avtobuslar E2, E5 və s. kimi nömrələnib. E2 saylı avtobus Tbilisi prospektinə, E5 "Bakı Kristal Zalı"na, digərləri isə hava limanına və oradan da otellərə doğru gedir.Avtobuslara nəzarət edənlərdən birinin dediyinə görə, turistlərin sayı hələ az olduğundan avtobuslardan da az istifadə edilir: "Mayın 22-dən avtobuslar gücləndirilmiş iş rejiminə keçəcək. 24 və 48 nəfərlik avtobuslar var. Üzəri yarışmanın simvolları ilə rənglənən bu avtobuslarda sərnişinlərin rahatlığı tam təmin olunur. Digər avtobuslardan fərqli olaraq müsabiqə üçün nəzərdə tutulan avtobuslarda təmizliyə xüsusi diqqət ayrılır. Avtobuslar hər bir saatdan bir təmizlənir".Avtobusların sayına gəlincə, E indeksli 9 müntəzəm avtobus marşrutları təşkil olunur: "E marşrutları üçün 66 avtobus və sürücü heyəti nəzərdə tutulub. Bu marşrutlar üzrə sutkalıq dispetçer məntəqələri də fəaliyyət göstərir. Misal üçün E2 saylı marşrut üzrə 5 avtobus fəaliyyət göstərir. Burada növbə ilə beş sürücü işləyir. Sürücülər müvafiq geyimdədirlər və hər birinin müsabiqə ilə əlaqədar xüsusi vəsiqələri var. Fasilə zamanı sürücülər qida ilə təmin olunurlar".Onun dediyinə görə, avtobuslar hər bir saatdan bir marşrutlarına uyğun hərəkət edir.Milli.Az Kim deyir ki, atalar rəqs edə bilmirlər?! - VİDEO - FOTO http://www.milli.az/news/video/115229.html Balaca Cessika Heynli atası Maykı ortalığa dəvət edəndə qızlar darıxacaqlarını düşünürdülər. Video Fri, 18 May 2012 13:04:00 +0500 Çünki dünyanın bütün balaca qızları kimi, onlar da ataların rəqs edə bilmədiklərini düşünürdülər.Milli.Az TMZ-yə istinadən bildirir ki, peşəkar komik olan Mayk isə 13 yaşlı qızı ilə onun rəfiqələrini heyrətləndirib.Çünki o, qızı ilə əla rəqs edib.Bundan sonra kim deyə bilər ki, atalar rəqs edə bilmirlər?!Milli.AzVideonu izləmək üçün aşağıdakı şəklə klikləyin.Böyütmək üçün şəkillərə klikləyin. Bakıda onlarla dilənçi və avara saxlanılıb http://www.milli.az/news/society/115306.html Cəmiyyət Fri, 18 May 2012 13:01:00 +0500 Trend-in DİN-in rəsmi saytına istinadən verdiyi məlumata görə, Səbail RPİ 39-cu PB, Nizami RPİ, Binəqədi RPİ əməkdaşları tərəfindən avaraçılıq və dilənçiliklə məşğul olan 37 nəfər saxlanılıb.Onlar Bakı BPİ-nin İnzibati Həbs Olunanların Saxlama Məntəqəsinə təhvil veriliblər.Milli.Az "Bahodir Nasimov zədəli olmasaydı..." http://www.milli.az/news/sport/115286.html İdman Fri, 18 May 2012 12:58:00 +0500 “Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyev Azərbaycan Kubokunun finalında “Bakı”ya qarşı keçirdikləri oyunu dəyərləndirib. Azerisport.az saytına müsahibəsində o, 0:2 hesabıyla uduzduqları görüşlə bağlı bunları dilə gətirib: “Heç kimi bu məğlubiyyətə görə günahlandırmaq istəmirəm. Günahkar hamımızıq. Bu gün biz, demək olar ki, dəyişikliksiz oynadıq. Bahodir Nasimov zədəli olmasaydı, bilmək olmazdı, matç necə bitəcəkdi”.Milli.Az Üzü küləyə durmaq asandır? Onda baxın... - FOTO http://www.milli.az/news/photos/115188.html Vilnüslü fotoqraf Tadao Sern tanışlarının maraqlı şəkillərini çəkib. Fotosessiya Fri, 18 May 2012 12:55:00 +0500 Milli.Az bildirir ki, fotoqraf onların sifətlərinə hava şırnağını tuşlayıb və belə vəziyyətdə şəkillərini çəkib.Milli.AzBöyütmək üçün şəkillərə klikləyin.Fotolar: Tadao Cern Dəlisov baş məşqçinin 45 min avroluq kateri oğurlandı http://www.milli.az/news/sport/115285.html İdman Fri, 18 May 2012 12:52:00 +0500 Futbol üzrə Xorvatiya milli komandasının baş məşqçisi Slaven Biliçin kateri oğurlanıb.Qol.Az-ın Xorvatiya mətbuatına istinadən verdiyi məlumata görə, 7,7 metr uzunluğunda motorlu qayığın dəyəri 45 min avrodur.Polis oğurluq hadisəsi ilə bağlı araşdırmaları davam etdirir.Qeyd edək ki, Slaven Biliç 2012-ci il Avropa çempionatından sonra Xorvatiya yığmasından ayrılacaq. O, Rusiyanın “Lokomotiv” (Moskva) komandasının sükanı arxasına keçəcək. Biliçin yeni vəzifədə əmək haqqı ildə 3 milyon avro təşkil edəcək. 44 yaşlı mütəxəssis “Lokomotiv”lə 3 illik müqavilə bağlayıb.Milli.Az Bakıda avtomobil "aşiqləri" həbs edildilər http://www.milli.az/news/criminal/115292.html Paytaxt ərazisində oğrular ələ keçiblər. Hadisə, kriminal Fri, 18 May 2012 12:49:00 +0500 Bakı Şəhər Baş Polis İdarəsindən Milli.Az-a verilən məlumata görə, mayın 17-nə keçən gecə M.Qardaşları küçəsində yaşayan İqor Mixaylova məxsus “VAZ-21051” markalı avtomobildən qapını sındırma yolu ilə şəxsi sənədlər oğurlanıb. Keçirilmiş əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakini Şəmsi Əhmədov Nəsimi Rayon Polis İdarəsinin post-patrul xidməti bölməsi və 22-ci polis bölməsi əməkdaşları tərəfindən tutulub. Mayın 17-si saat 01:00 radələrində Əmircan qəsəbəsində Sahib Hüseynova məxsus “VAZ-2106” markalı avtmobil yaşadığı evin qarşısından qaçırılıb. Sabunçu Rayon Polis İdarəsinin 13-cü polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni törədən Bakı şəhər sakini Amil Ramazanov həmin gün saat 18 radələrində Neftçilər küçəsində avtomobillə birlikdə saxlanılıb. Hər iki faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.Anar MəmmədovMilli.Az Bakıda qısametrajlı filmlər nümayiş olunacaq http://www.milli.az/news/culture/115282.html Mayın 18-dən 29-dək Bakıda "Bizim qısa filmlər" Kino Günləri keçiriləcək. Mədəniyyət Fri, 18 May 2012 12:46:00 +0500 Trend Mədəniyyət və Turizm Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, Nizami Kino Mərkəzində keçiriləcək seanslar hər gün saat 12:00 və 21:00-da başlayır.Kino Günlərinin proqramına "Bu meydan, bu ekran" gənclər müsabiqəsi qaliblərinin qısametrajlı bədii filmləri və ölkəmiz haqqında sənədli filmlər daxil edilib. İngilis subtitrləri ilə təchiz etdirilmiş filmlər son illərdə bir çox beynəlxalq kinofestivalların mükafatçısı olublar.Milli.Az Bakıda 17 yaşlı gənc qanlı cinayət törətdi http://www.milli.az/news/criminal/115258.html İstintaq ifadəsində o, hadisəni söyüş üstündə törətdiyini bildirib. Hadisə, kriminal Fri, 18 May 2012 12:43:00 +0500 Paytaxtın Sabunçu rayonunda qan tökülüb. Bakı Şəhər Baş Polis İdarəsindən Milli.Az-a verilən məlumata görə, Maştağa qəsəbəsi, Xanlar küçəsində 41 yaşlı Telman Əzizov qarın və boyun nahiyəsindən kəsilmiş-deşilmiş xəsarətlə 3 saylı Şəhər Klinik Xəstəxanasına gətirlib. Keçirilmiş əməliyyat tədbirləri nəticəsində T.Əzizova xəsarət yetirən 17 yaşlı Bakı şəhər sakini Mixail Orfanidis mayın 17-də Sabunçu Rayon Polis İdarəsinin 14-cü polis bölməsi əməkdaşları tərəfindən tutulub. Sabunçu RPİ-nin 14-cü polis bölməsindən Milli.Az-a bildirildi ki, M.Orfanidis dindirmə zamanı T.Əzizovu söyüş üstündə vurduğunu deyib. Lakin T.Əzizovun saxlanılan şəxsin anası ilə gizli münasibətlərinin olması ortaya çıxıb. Buna görə də hadisənin də elə qısqanclıq zəminində törədildiyi ehtimal olunur. Anar MəmmədovMilli.Az Azərbaycan metrologiya sahəsində yeni qanun hazırlanıb http://www.milli.az/news/society/115303.html Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi "Ölçü vahidlərinin təmin olunması haqqında" yeni qanun hazırlayıb və bu günlərdə həmin qanun layihəsinə ölkə parlamentində baxılacaq. Cəmiyyət Fri, 18 May 2012 12:40:00 +0500 Trend-in məlumatına görə, bu barədə jurnalistlərə Dövlət Komitəsi Aparatının rəhbəri Əbülfət İmanov bildirib."Bu gün qüvvədə olan analoji qanunda boşluqlar var və dünya standartlarına uyğun gəlmir, yeni qanun isə Azərbaycan metrologiyasını hazırkı dövrün tələblərinə yaxınlaşdırmağa imkan verir", - İmanov bildirib.Qanun 2000-ci ildə qəbul edilib və ölçmə vasitələrinin işlənməsi, hazırlanması, yoxlanması, istismarı, təmiri, satışı, idxalı və ixracı sahəsində münasibətləri tənzimləyir. Ölçü vahidi ölçülərin nəticələrinin qəbul edilmiş vahidlərdə ifadə edildiyi və ölçü səhvlərinin müəyyən edilmiş sərhəddə olan vəziyyətidir.İmanov xüsusilə müasir dünyada bütün istiqamətlərdə - səhiyyə, ekologiya, müdafiə, energetika və s. baş verən qloballaşma prosesi şəraitində metrologiya sahəsində standartların da vacibliyini qeyd edib.20 May Ümumdünya Metrologiya Günüdür. 1875-ci il mayın 20-də Parisdə həmin dövrün inkişaf etmiş 17 dövlətinin beynəlxalq diplomatik konfransında məşhur "Metrik Konvensiya" imzalanıb.Milli.Az TQDK buraxılış imtahanı ilə bağlı bəzi məsələlərə aydınlıq gətirib http://www.milli.az/news/society/115291.html Tələbə Qəbulu üzrə Dövlət Komissiyası buraxılış imtahanı verəcək IX sinif şagirdlərini maraqlandıran bəzi məsələlərə aydınlıq gətirib. Cəmiyyət Fri, 18 May 2012 12:37:00 +0500 Komissiyadan Trend-ə verilən məlumata görə, 9-cu sinif şagirdləri buraxılış imtahanına gələrkən özləri ilə bir sıra sənədlər gətirməlidirlər. Həmin sənədlər "İmtahana buraxılış vərəqəsi", şəxsiyyəti təsdiq edən sənədin əsli (şəxsiyyət vəsiqəsi və ya doğum haqqında şəhadətnamə) və təhsil müəssisəsi tərəfindən verilmiş və şagirdin fotoşəkli yapışdırılmış arayışdır (arayışa şagirdin 3x4 sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).Şəxsiyyət vəsiqəsi olmayan 9-cu sinif şagirdləri buraxılış imtahanında şəxsiyyəti təsdiq edən sənəd kimi doğum haqqında şəhadətnamənin əslini və təhsil müəssisəsi tərəfindən verilmiş, fotoşəkil yapışdırılmış arayışı təqdim etməklə iştirak edə biləcəklər.TQDK buraxılış vərəqələrinin şagirdlərə təqdim olunması ilə bağlı əlavə məlumat verəcək.Milli.Az "Liverpul"un baş məşqçisi vəzifəsinə sürpriz namizəd http://www.milli.az/news/sport/115304.html İdman Fri, 18 May 2012 12:34:00 +0500 Mövsümün sonu "Barselona"nı tərk edəcək Xosep Qvardiola İngiltərənin "Liverpul" klubunun baş məşqçisi vəzifəsinə bir nömrəli namizəddir.Qol.Az-ın Britaniya mətbuatına istinadən yaydığı məlumata görə, vəzifəsindən uzaqaşdırılan Kenni Dalqlişi əvəz edəcək digər namizədlər arasında Fabio Kapello, Roberto Martines, Andre-Villaş Boaş və Brendan Rodcers də var.Qeyd edək ki, Qvardiola "Barsa"dan ayrıldıqdan sonra hələ bir il istirahət edəcəyini açıqlayıb.Milli.Az Nizami Cəfərov: "Xarici ölkələrdə Azərbaycanın mədəniyyət mərkəzləri ... http://www.milli.az/news/culture/115280.html Azərbaycanın mədəni irsinin dünyada təbliğini daha geniş formada aparmaq üçün xarici ölkələrdə Azərbaycanın mədəniyyət mərkəzlərinin yaradılması nəzərdə tutulur. Mədəniyyət Fri, 18 May 2012 12:31:00 +0500 Trend-in məlumatına görə, bunu Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Nizami Cəfərov hakim Yeni Azərbaycan Partiyasının (YAP) rəsmi saytına müsahibəsində deyib."Mədəniyyət haqqında" qanunda bu məsələnin yer aldığını deyən komitə sədri belə qanunun qəbuluna zərurət olduğunu vurğulayıb.Onun sözlərinə görə, son 10 ildə Azərbaycan mədəniyyətinin inkişafı təkidlə tələb edirdi ki, yeni qanun qəbul olunsun.Ölkədə prodüser institutunun inkişafını vacib sayan Cəfərov bu məsələnin də yeni sənəddə öz əksini tapdığını deyib."Yeni qanunda Azərbaycan mədəniyyətinin maddi təminat məsələləri öz əksini tapır. Eyni zamanda, mədəniyyətimizin beynəlxalq miqyasda təbliği, dünya mədəniyyətinin ölkəmizdə təbliğatı ilə bağlı görülən işlərin miqyası o qədər çoxdur ki, bütün bunlar yeni qanunauyğunluqlar, yeni prinsiplər diqtə edir", - komitə sədri deyib.Onun sözlərinə görə, qanunda mədəniyyət təşkilatlarına dair müddəalar da öz əksini tapır."Çünki mədəniyyət təşkilatlarının öz qanunauyğunluqları var. Belə ki, yeni qurumlar yaranır və bu da mədəniyyət və incəsənətin kütləviləşməsinə müsbət təsir göstərir", - Cəfərov deyib.O bildirib ki, yeni qanun Azərbaycan Konstitusiyasının 40-cı maddəsi ilə təsbit olunmuş mədəniyyət hüququnun təmin olunması məqsədi ilə dövlət mədəniyyət siyasətinin əsas prinsiplərini, dövlət mədəniyyət fəaliyyətinin formalarını, təşkilati, hüquqi, iqtisadi əsaslarını, mədəniyyət sahəsində fəaliyyət göstərən subyektlərin hüquqlarını, vəzifələrini, həmçinin, mədəniyyət işçilərinin statusunu müəyyən edir.Bu qanun mədəniyyətin ayrı-ayrı formaları üzrə müvafiq qanunların və digər normativ-hüquqi aktların qəbul edilməsində baza rolunu oynayacaq.Komitə sədri bildirib ki, qanun layihəsində qeyd olunur ki, dövlət mədəniyyət sisteminə dövlətin mülkiyyətində olan teatr-konsert müəssisələri, kitabxana məssisələri, muzey müəssisələri, təhsil və tədris müəssisələri, mədəniyyət mərkəzləri və asudə vaxtın təşkili müəssisələri, həmçinin, mədəniyyət və incəsənətin təbliği-yayımı müəssisələri daxildir.Dövlət milli-mədəni dəyər və sərvətlərinin yaradılması, qorunması, tədqiqi, bərpası və istifadəsi məqsədi ilə dövlət mədəniyyət təsisatlarını yaradır, onun fəaliyyətini təmin edir.Qanun layihəsində yaradıcılıq ittifaqlarından da bəhs edilir ki, burada da yaradıcılıq ittifaqlarının nizamnaməsində müəyyən edilmiş tələblərə cavab verən, yaşı 18-ə çatmış hər bir yaradıcı şəxsin könüllülük əsasında yaradıcılıq ittifaqlarının üzvü ola bilməsi məsələsi nəzərdə tutulur.Milli.Az Azərbaycan Kubokunun bombardiri müəyyənləşdi http://www.milli.az/news/sport/115295.html İdman Fri, 18 May 2012 12:28:00 +0500 Azərbaycan Kubokunun 2011/12 mövsümündə qapılara 58 qol vurulub. Azerisport.az xəbər verir ki, yarımçıq qaldığı üçün texniki nəticə qeydə alınan “İnter” – “Turan” matçı nəzərə alınmamaqla baş tutan 25 oyunda orta məhsuldarlıq 2,32 qol olub. Bu 58 qolu 47 futbolçu vurub. Yalnız “Bakı”nın futbolçusu Xavyer Junior Vilson cari mövsümün kubok oyunlarında 3 qol vurmağı bacarıb. “Neftçi” ilə final oyununda vurduğu qol onu turnirin ən məhsuldar futbolçusu edib. Kubokun bombardiri hərəyə 2 qol vuran 9 futbolçunu finaldakı uğuru sayəsində arxada qoyub. 1-dən artıq qol vuran 10 futbolçudan başqa, daha 37 oyunçu hərəyə 1 dəfə rəqib qapısına yol tapıb. Qeyd edək ki, Junior bunadək AZAL-la 1/4  final mərhələsinin cavab oyununda fərqlənmişdi. O, həmin oyunda 2 qol vurmuşdu. yer    futbolçu                      klubu           Qol(penalti)    oyun1    Junior Xavyer Vilson       Bakı                      3               62    Röyal Nəcəfov                Şuşa                     2               13    Fair Əmirquliyev             Şahdağ                 2               24    Rendall Brenes               Xəzər Lənkəran      2               25    Ceyhun Sultanov            Kəpəz                   2               36    Yuri Fomenko                Kəpəz                   2               37    Katalin Doman               Xəzər Lənkəran      2               38    Bahodir Nasimov            Neftçi                   2               59    Kontreras Pardo Sergio    Bakı                     2               510    Serj Cehua    Qəbələ                                2 (1)           1Milli.Az Timsah alimi parçalayacaqdı - VİDEO http://www.milli.az/news/video/115272.html ABŞ-ın Şimali Karolina ştatındakı 70-ci şossenin kənarında timsahı görən alim Fred Boys heyvana yardım etmək üçün maşından enib və yol kənarına yaxınlaşıb. Video Fri, 18 May 2012 12:25:00 +0500 O, timsahı yoldan çıxarmaq istəyirdi.Milli.Az bildirir ki, fəqət, timsah alimi az qala parçalayacaqdı.113,5 kq çəkisi olan heyvan qəflətən dönərək Fredin qolunu dişləmək istəyib və Boys ülgüc təki iti dişlərdən zorla qurtulub."Knoll Pine Shores" avkariumunda çalışan, təcrübəli zooloq Boys timsahdan belə aqressiyanı gözlədiyini etiraf edib."Qonşuluqdakı Kinston şəhərindən yardım çağırıldı, lakin onları gözləməyərək timsahı yoldan çıxarmaq istədim. Timsahlar çox aqressiv heyvanlardır və bunu bilirəm. Lakin bu timsah sanki dəli olmuşdu", - Boys deyir.Milli.Az Azərbaycanın Baş nazirinin müavini Rusiyanın keçmiş müdafiə nazirini işğalçılıq ... http://www.milli.az/news/politics/115299.html Siyasət Fri, 18 May 2012 12:22:00 +0500 "Rusiyanın keçmiş müdafiə naziri Pavel Qraçovun dəstəyi ilə erməni separatçıları Şuşanı və Laçını işğal ediblər". Trend-in məlumatına görə, bunu baş nazirin müavini Əli Həsənov jurnalistlərə bildirib."Şuşanın işğalında ilk yerdə erməni separatçıları dururlar, ancaq Pavel Qraçov Rusiyaya məxsus olan 366-cı alayın zabit heyətini 100 faiz erməniləşdirib", - o deyib.Qraçovun anasının erməni olduğunu xatırladan Həsənov vurğulayib ki, mayın 8-də Şuşanın işğalı vaxtı Qraçov müdafiə naziri vəzifəsini icra edib, həmin il mayın 17-də Boris Yeltsin Pavel Qraçovu Rusiyanın müdafiə naziri təyin edib və 1992-ci il mayın 18-də Qraçovun dəstəyi ilə erməni separatçıları Laçını işğal ediblər.Həsənov qeyd edib ki, Qraçov həmin vaxt dövlətə xəyanət edən azərbaycanlılardan, xüsusən Rəhim Qazıyevdən istifadə edib."Biz insanlarımızı, xüsusən gəncliyimizi torpaqların azad edilməsinə hazırlamalıyıq, onlarda Vətənə, torpağa, dövlətə sadiqlik prinsini, əhval-ruhiyyəsi formalaşdırmalıyıq",- baş nazirin müavini vuğulayıb.Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin həllində böyük rolunun olduğunu vurğulayan baş nazirin müavini Rusiyanın yeni seçilmiş prezidenti Vladimir Putinin bu məsələyə obyektivlik göstərərək son qoyacağına ümidvar olduğunu bildirib."Rusiya üçün Ermənistanın bu gün heç bir əhəmiyyəti yoxdur. Azərbaycan Rusiya üçün daha strateji əhəmiyyətə malikdir", - Həsənov deyib.Milli.Az