Zaur Baxşəliyevin toyu xəbəri gündəmə gələndən toy gününə kimi sosial şəbəkə və xəbər saytlarında istifadəçiləri maraqlandıran bir sual var idi: Nanə toya gələcəkmi?
27.10.2012
10:22Milli.Az
Day.Az-a istinadən bildirir ki, şou-biznes nümayəndələrinin bir çoxundan fərqli olaraq
Zaur prestij dalınca qaçmırdı. Bu səbəbdən, onun toyu xüsusi dəbdəbə ilə
seçilmirdi. Sadə bir nikah mərasimi oldu, ondan sonra bəylə gəlin rəqs
etdilər. Qeyri-adi olan o oldu ki, toy vaxtı xınayaxdı mərasimi
keçirildi. Adətən, bu mərasimlər toydan əvvəl qız evində olur.
Xınayaxdını rəqqasə
Fatimə aparırdı. O, arada mahnı da oxuyurdu. Xınayaxdı mərasimində
Mətanət Əsədova da mahnı oxuyurdu.
Qonaqların
sayı da çox idi. Qız və oğlan evi tərəfindən ən azı 300 nəfər qohum
gəlmişdi. "Ümid var" verilişinin bütün kollektivi və "Onun yarısı"
verilişinin iştirakçıları da toyda idilər. Ulduz qonaqlar da toyda çox
idi.
Sevda Yahyayeva, İzzət Bağırov, Manaf Ağayev, Nazənin, Rəqsanə, Telli Borçalı, Aşıq Samirə, Aybəniz Haşımova və
Bəsdi Sevdiyeva toyda sadəcə qonaq kimi iştirak etdilər.
Faiq Ağayev, Natavan Həbibi, Elnarə Xəlilova, Aybəniz Haşımova, Bəsdi Sevdiyeva
qonaq olmaqla yanaşı, mahnı da ifa etdilər. Ağsaqqallar -
Arif Babayev və
Habil Əliyev gənclərə yol göstərirdilər.
Toppuş Bacının: "Allah Zaurdakı tüklü əllərdən mənə də qismət etsin", - sözü qonaqları gülməkdən saxlaya bilmədi.
Qonaqlar arasında aktyorlar da var idi:
Ramiz Novruzov, Firəngiz Mütəllimova, Amaliya Pənahova, Məleykə Əsədova, Vəfa Rzayeva, Anar Heybətov və digərləri.
Toyun
əvvəlində qonaqlar oturmağa yer tapa bilmirdilər. İlk 10-15 dəqiqəni
qonaqlar ayaq üstə qaldılar. 400 qonaq əvəzinə toya 600 nəfər gəlmişdi.
------------------
26.10.2012
23:24
Publika.Az xəbər verir ki, bu axşamkı toyda gözlənilən kimi oldu:
Nanə Ağamalıyeva toya gəlmədi. Əslində Zaurun ən yaxın və köhnə dostu kimi toyda olması vacib olan şəxslərdən biri olan Nanənin toya niyə gəlməməsi məlum deyil. Amma bir çoxları bu sualın cavabını bəlkə də bilir.
---------
19:05Milli.Az xəbər verir ki, məclis bu dəqiqələrdə başlayıb. Hələ ki zala daxil olmayan
Zaur və
Günay 1 saatdır ki avtomobildə gözləyirlər.
Toyda əsas aparıcılıq missiyasını tanınmış teleaparıcı
Afaq Gəncəli ilə Zaurun "Ümid var" verilişinin prodüseri
Faiq Ələkbərli öz üzərinə götürüblər.
---------
01:30Milli.Az xəbər verir ki, oktyabrın 26-da Azərbaycanın tanınmış teleaparıcısı
Zaur Baxşəliyev özünə toy edir. Toya günlər qalmış əldə etdiyimiz əksər məlumatları sizə təqdim etmişik.
Toy günü daha bir təsdiqlənmiş məlumat əldə etdik.
Sevib-seçdiyi həmkarı
Günay Qələndərli ilə evlənən Zaur toyunun mediada işıqlandırılmasını əngəlləmək üçün maraqlı çıxış yolu tapıb.
Restoran bütünlüklə mühafizəçilərlə qorunacaq və qonaqlar içəri girməkdən ötrü mütləq şəkildə dəvətnaməni göstərməlidirlər. Nağıllardakı kimi, qadağalardan bol olacaq bu xoş günə quş-quşluğu ilə icazəsiz şahid ola bilməyəcək.
Şahin Cavadsoy
Milli.Az
Foto: Milli.Az, Qafqazinfo.az, Sia.az
Şərh etmək