Azərbaycan Tələbələr Birliyinin dəvəti ölkəmizdə rəsmi səfərdə olan Avropa Tələbələr Birliyinin nümayəndələri Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasında olublar.
Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev və Azərbaycan Liberal Partiyasının (ALP) sədr əvəzi Əvəz Temirxan Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Piter Semnebi ilə görüşüblər.
Mərkəzi Seçki Komissiyası (MSK) Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə səsvermə günü istifadə ediləcək şəxsiyyəti təsdiq edən sənədlərin siyahısını açıqlayıb.
“Azərbaycan Sosial Demokrat Partiyası parlament seçkisində partiya formatında dörd namizədlə iştirak edəcək, partiyanın digər həmsədri Ayaz Mütəllibov isə seçkiyə qatılmayacaq”.
Latviyanın eks-prezidenti, BMT Baş katibinin xüsusi elçisi, Avropa İttifaqının uzunmüddətli inkişaf proqramının həmsədri Vayra Vike-Freyberqa sentyabrın 11-19-da Azərbaycana səfər edəcək.
Azərbaycan Prezidenti İlham Əliyev Braziliya Federativ Respublikasının Prezidenti Luis İnasiu Lula da Silvaya ölkəsinin milli bayramı münasibətilə təbrik məktubu ünvanlayıb.
""Ginnesin Rekordlar Kitabı"na düşən dünyanın ən hündür bayrağı - Azərbaycanın Bayraq Meydanı yüksək rəmzi məna daşıyır və vətənpərvərlik nümunəsidir".
Niderland Krallığının ölkəmizdə yeni təyin olunmuş səfiri Arjen Peter Uijterlinde Heydər Əliyev Sarayının qarşısındakı parka gələrək, ulu öndərin abidəsini ziyarət edib.
ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq sentyabrın 8-də Azərbaycanın Tərtər rayonunun Tərtər-Ağdərə yolundakı təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Niderland Krallığının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Arjen Peter Uijterlindenin etimadnaməsini qəbul edib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu gün Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Piter Semnebinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
ATƏT-in Minsk Qrupunun həmsədrləri atəşkəs rejiminin möhkəmləndirilməsi üçün əlavə tədbirləri müzakirə etmək məqsədilə sentyabrın 6-10-da Bakı, İrəvan və Dağlıq Qarabağa səfər edəcəklər.
Qarabağ Azadlıq Təşkilatı BMT Baş Assambleyasında Qarabağa dair yeni qətnamənin müzakirəyə çıxarılması və cəbhə bölgəsində baş vermiş son hadisələrlə bağlı qurumun baş katibinə, Baş Assambleyasına və Təhlükəsizlik Şurasına məktub göndərib.
MDB-nin İcraiyyə Komitəsi Birlik ölkələrinə Azərbaycanda keçiriləcək parlament seçkilərində müşahidəçi qismində akkreditə ediləcək şəxslərin siyahısını təqdim etmək xahişi ilə məktub göndərib.
ATƏT-in Minsk Qrupunun həmsədrləri Bernar Fasie (Fransa), Robert Bradtke (ABŞ), İqor Popov (Rusiya) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik gələn həftə regiona səfər edəcəklər.
Dağıstan Prezidenti Maqomedsalam Maqomedov bütün Qafqazın şeyxi Hacı Allahşükür Paşazadənin Azərbaycan və Dağıstan xalqları arasında ikitərəfli dostluq münasibətlərinin inkişafına və möhkəmləndirilməsinə verdiyi töhfəni yüksək qiymətləndirib.